Modern.az

İlyas İsmayılov da Elçibəyin zəhərlənməsindən danışdı

İlyas İsmayılov da Elçibəyin zəhərlənməsindən danışdı

28 Avqust 2012, 17:10

Yayılan məlumatlara görə, vaxtilə Adil Minbaşı Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılova Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı daha geniş bilgi veribmiş. Maraqlıdır, belə bir şey həqiqətən də olubmu? Ümumiyyətlə, İ.İsmayılovun bu məsələyə münasibəti necədir?

Modern.az-ın suallarını cavablandırarkən İlyas İsmayılov bildirib ki, yayılan məlumatlar yalandır:
“Əvvəla, Adil Minbaşı bu barədə mənə heç nə deməyib. İkincisi, mən bu məsələ ilə bağlı açılan cinayət işinin materialları ilə də tanış deyiləm. Amma bir sual maraqlıdır: 12 ildən sonra bu cinayət işinin başlanmasının nə əhəmiyyəti var? Əlbəttə, ola bilsin, prokurorluq məhz bu söhbətlərə son qoymaq üçün cinayət işi başlayıb. Yəni bu sırf texniki məsələ də ola bilər. Amma bütün hallarda elə hesab edirəm ki, cinayət işinin başlanmasına ehtiyac yox idi”.
 
Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi