Xorvatiyalı jurnalist və reportyor Xasan Xaydar Diab Azərbaycanla bağlı Xorvatiya qəzetində “Veçernji jist” adlı məqalə hazırlayıb.
Modern.az-ın xəbərinə görə, xorvat dilində nəşr olunan məqalədə Ermənistan Azərbaycan arasında gedən 44 günlük müharibə və müharibənin Azərbaycanın qələbəsi ilə başa çatdığı vurğulanıb.
Jurnalist həmçinin müzəffər Azərbaycan ordusunun gücündən, şəhidlərimizin qəhrəmanlığından bəhs edib. Yazıda BMT-nın 4 qətnaməsinin illərdir ki, yerinə yetirilmədiyi yalnız 44 gün ərzində Azərbayacn tərəfindən qətnamələrin icra edildiyi qeyd olunub.
Həmçinin məqalədə Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi də pislənilib.
Onlayn sayt versiyası: //m.vecernji.hr/vijesti/ekskluzivno-vecernjakov-novinar-na-prvoj-crti-u-gorskom-karabahu-ovo-je-spaljena-zemlja-1470501