ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstar avqustun 28-də Bakıya gəlib.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, R.Morninqstar Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərlə görüş zamanı Azərbaycanda diplomatik missiyasını icra etməkdən məmnun olduğunu vurğulayıb.
İlk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini və 17 ildir ki, vaxtaşırı ölkəmizə gəldiyini deyən səfir Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözlədiyini bildirib.
ABŞ-ın Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayan diplomat yeni vəzifədə regionun, enerji sektorunun inkişafına və terrorçuluqla mübarizəyə dəstək verəcəyini qeyd edib.