Modern.az

Avroliqada 1/8 finalçılar məlum oldu - YENİLƏNİB

Avroliqada 1/8 finalçılar məlum oldu - YENİLƏNİB

Aktual

26 Fevral 2021, 02:02

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, bununla da qitənin ikinci dərəcəli klub turnirində 1/8 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.

 

Beləliklə, son olaraq İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Roma", İsveçrənin "Yanq Boyz", Xorvatiyanın "Dinamo" (Zaqreb), Yunanıstanın "Olimpiakos", Çexiyanın "Slaviya" və Ukraynanın "Dinamo" (Kiyev) klubları növbəti mərhələdə iştirak hüququ əldə ediblər.

 

Qeyd edək ki, Avropa Liqasında 1/8 finalın püşkü bu gün atılacaq.

 

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

24:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) - 0:1

Qol: Vitali Buyalski, 83

İlk oyun - 1:1

24:00. PSV (Niderland) - “Olimpiakos" (Yunanıstan) - 2:1

Qollar: Eran Zahavi, 23, 44

İlk oyun - 2:4

24:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 0:2

Qollar: Jordan Sibaço, 48, Kristian Fasnaxt, 86

İlk oyun - 3:4

24:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya) - 1:0

Qol: Mislav Orşiç, 31

İlk oyun - 3:2

24:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:1

Qollar: Edin Ceko, 24, Karles Peres, 75, Borxa Mayoral, 90+1 - Brian Kristante, 88 (avtoqol)

İlk oyun - 2:0

24:00. “Lester” (İngiltərə) - “Slaviya” (Çexiya) - 0:2

Qollar: Lukaş Provod, 49, Abdulla Sima, 79

İlk oyun - 0:0

24:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 1:0

Qollar: Frank Kessi, 9 (penalti) - El-Fardu ben Nabuan, 24

İlk oyun - 2:2

24:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 0:0

İlk oyun - 4:0

 

00:44

Fevralın 25-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir finala çıxan daha 7 iştirakçının adı məlum olub.

 

Modern.az xəbər verir ki, “Qarabağ” klubunun yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş İspaniyanın “Vilyarreal” klubu Avstriyada 2:0 hesabı ilə məğlub etdiyi “Zaltsburq” ilə cavab görüşündə də rəqibindən üstün olub - 2:1.

 

Günün ən gözlənilməz nəticəsi "Emirates" stadionunda qeydə alınıb.

 

Portuqaliyada "Benfika" ilə heç-heçə edən (1:1) İngiltərənin "Arsenal" klubu öz meydanında rəqibini məğlub edə bilməyib. Bu oyun 2:2 hesabı ilə başa çatsa da iki oyunun nəticəsinə görə "Benfika" səkkizdəbir finala yüksəlib.

 

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

 

“Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1, ilk oyun - 2:1;

“Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1, 0:2;

“Hoffenhaym” (Almaniya) - “Molde” (Norveç) - 0:1, 3:3;

“Reyncers” (Şotlandiya) – "Antverpen” (Beçlika) - 4:2, 4:3;

"Şaxtyor Donetsk" (Ukrayna) - "Makkabi Tel-Əviv" (İsrail) - 1:0, 2:0.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama