Azərbaycan prezidenti İlham Əliyev Belarus Respublikasının yüksək dövlət mükafatı - “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı ordeni ölkə başçısına Belarus prezidenti Aleksandr Lukaşenko təqdim edib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev avqustun 28-də Belarusa rəsmi səfərə gedib.Modern.az