Modern.az

Mançester və Braytonda "Xocalıya ədalət!" tələbi ilə lövhələr yerləşdirilib - FOTO

Mançester və Braytonda

Aktual

26 Fevral 2021, 01:29

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində "Xocalıya ədalət!" tələbinin dünyanın müxtəlif ölkələrində nümayiş olunması davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu dəfə Britaniya-Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə "Xocalıya ədalət!" tələbinin əks olunduğu lövhələr ölkənin Mançester və Brayton şəhərlərində yerləşdirilib.

Erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırıma diqqəti cəlb etmək məqsədilə lövhədə //justiceforkhojaly.org/  portalı da göstərilib.

 

Hər iki şəhərdə "Xocalıya ədalət!" tələbinin iki həftə ərzində nümayiş olunması nəzərdə tutulub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama