Modern.az

Olimpiya çempionumuza verilən maşının NÖMRƏSİNƏ qibtə etdilər - FOTO

Olimpiya çempionumuza verilən maşının NÖMRƏSİNƏ qibtə etdilər - FOTO

29 Avqust 2012, 10:40

Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyası London Olimpiadasında qızıl medal qazanmış sərbəst güləşçi Toğrul Əsgərova "Porsche Cayenne" avtomobili hədiyyə edib.
Dünən bu mükafatın təqdimatı olub.
Modern.az saytının məlumatına görə, təqdimatdan sonra avtomobil həvəskarları Toğrul Əsgərovun maşınına verilən nömrə nişanına həsəd aparmağa başlayıblar.
99 CL 999 nömrə nişanı eynirəqəmli olduğuna görə, avtomobil həvəskarlarının bu nömrə nişanına qibtə etmələrini anlamaq olar.
Belə nömrələr avtomobil sahibləri arasında «prestijli» nömrələr sayılır və onu əldə etmək istəyənlər baha qiymət belə, ödəməyə hazırdırlar.
İstənilən halda Azərbaycana qızıl qazandırmaqla bayrağımızı qaldıran və himnimizin səsləndirilməsinə nail olan idmançıya belə avtomobillə belə nömrə nişanı halaldır.





A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi