Modern.az

“Ermənistan qarşısında indi bir seçim var” - İlham Əliyev

“Ermənistan qarşısında indi bir seçim var” - İlham Əliyev

Aktual

26 Fevral 2021, 11:52

“Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib”.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib.  


Prezident bildirib ki, hazırda müzakirə mövzusu olan bəzi məsələlər var:

 

“Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcək. Əks təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. 30 il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir. Siz reallıqla barışın və çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variant seçin. Yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik. Və öz mövqeyimizdən bir addım belə geri atmırdıq. İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistan qarşısında indi bir seçim var, 10 noyabr bəyanatının müddəalarını icra etmək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama