Modern.az

“Ermənistan bizi aldatmağa çalışmasın” - Prezidentdən XƏBƏRDARLIQ

“Ermənistan bizi aldatmağa çalışmasın” - Prezidentdən XƏBƏRDARLIQ

Aktual

26 Fevral 2021, 13:52

“Biz düzü buna başlamamışıq. Çünki müharibə təzə bitib. Azərbaycan əhalisi hələ ora qayıtmayıb, 30 ildir azərbaycanlılar orda yaşamır. Ermənilər isə sülhməramlıların nəzarəti altında yaşayırlar. Onlar ərazidən heç yerə çıxa bilmirlər, çıxa bilməzlər. Çünki hər tərəf minalanıb”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

 

Prezident qeyd edib ki, ermənilər heç olmasa bundan sonra özlərini aldatmamalıdırlar, dünyanı aldatmamalıdırlar:

 

“Ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar, başqa yol yoxdur. Ermənistan bütün dünya kimi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan bizi aldatmağa çalışmasın. Biz təəssüf ki, onlar tərəfindən fəndlər görürürk. Səmimi iş görməlidirlər, dediklərini etməldirlər. Özünü doğrultmayan gözləntilər olmasın deyə, bunu etməldirlər. Qarabağda insanların normal yaşayışı üçün Azərbaycan olmadan yaşamaları mümkün deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama