Modern.az

Azərbaycan vətəndaşı əmindir ki, dövlətimiz fədəkarlıqları layiqincə dəyərləndirəcək

Azərbaycan vətəndaşı əmindir ki, dövlətimiz fədəkarlıqları layiqincə dəyərləndirəcək

Aktual

26 Fevral 2021, 15:52

Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qayğı göstərmək, onlara münasibətdə xüsusi həssaslıq nümayiş etdirmək dövlətimizin başlıca vəzifələrindən biridir.

 

Bu sözləri Modern.az saytına münasibətdə millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili qeyd edib ki, şəhid və qazi ailələri,Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, mücadilə aparan, böyük Zəfərimiz üçün əməyini əsirgəməyən  hər bir vətəndaşımız dövlətimizin diqqət mərkəzindədir və bununla bağlı ən yüksək nümunəni Prezident İlham Əliyev nümayiş etdirir:

 

“Fevralın 25-də, Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin cənab Prezidentin iştirakı ilə təqdim olunması da bunu bir daha təsdiqləyir.”

 

Azər Kərimli Ramanı qəsəbəsində doqquzmərtəbəli 30 bina inşa edildiyini, ümumilikdə isə 1512 mənzildən ibarət kompleksin bütün zəruri sosial infrastrukturla təchiz edildiyini xatırladıb: “Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu isə heç bir şəhid ailəsinin, müharibə veteranının diqqətdən kənarda qalmayacağını deməyə əsas verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu ilin sonuna kimi, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş vətəndaşlarımızın ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda mənzillər veriləcək. Bununla yanaşı, şəhid ailələrinin, müharibə veteranlarının bütün sosial qayğıları dövlətimiz tərəfindən öz həllini tapır, onların layiqli həyatının təmin edilməsi, müharibə əlillərinin sağlamlıqlarının reablitasiyası, məşğulluqlarının təmin edilməsi istiqamətində davamlı proqramlar həyata keçirilir."

 

Azər Kərimli qeyd edib ki, gənclərimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə könüllü olaraq can atmaları, yüksək fədakarlıq, rəşadət nümayiş etdirmələri, onların vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, həm də dövlətin şəhid ailələrinə, qazilərə olan qayğısından qaynaqlanır: “Azərbaycan vətəndaşı əmindir ki, nə olursa olsun, dövlətimiz və xalqımız onların fədəkarlıqlarını layiqincə dəyərləndirəcək, daim onların, ailələrinin yanında olacaqdır. Bu qarşılıqlı sevgi və etimad,milli birliyimiz,bütövlüyümüz ün təmin edilməsində müstəsna rol oynayan amildir və bizi daha böyük hədəflərə doğru aparır”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama