Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissədə avqustun 29-da baş vermiş əsgər ölümü ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyi mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,
avqustun 29-da N saylı hərbi hissənin əsgəri, 2012-ci ilin iyul ayında Şəmkirdən həqiqi hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.
Ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma (4-cü dərəcə), pərçim simptomu (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim), toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.
Modern.az