Modern.az

Milli Qəhrəman haqda kitabın təqdimatı olub

Milli Qəhrəman haqda kitabın təqdimatı olub

29 Avqust 2012, 15:50

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin şəhid olmasının 20-ci ildönümündə ona həsr olunan  "Şövqiyar" adlı kitabın təqdimat mərasimi keçirilib.

Modern.az  xəbər verir ki,  tədbirdə çıxış edən jurnalist-publisist Hikmət Məlikzadə Şövqiyar Abdullayevin döyüş yolundan və dövlət tərəfindən onun qəhrəmanlğına verilən qiymətdən danışıb.

Sonra Milli Qəhrəmanın atası Cəmil Abdullayev çıxış edərək bildirib ki, nəşr olunan bu kitab Şövqiyara qoyulan  bir əbədiyyət heykəlidi. C.Abdullayev Şövqiyarla bağlı ən byük arzunuda dilə gətirdi: "Ən böyük arzum işğal olunan  torpaqların azad olunması və Şövqiyarın vuruşduğu ərazidə onun abidəsinin ucaldılmasıdır".

Sonda çıxış edən kitabın müəllifi  Natella Asenadır (Hacıyeva) isə bildirib ki, kitabda Şövqiyar Abdullayevin həyat yolu, keçdiyi döyüş səhnələri və tanıyanların onun haqqında xatirələri yer alıb.

Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayev 5 aprel 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1989-cu ildə Monqolustanda Sovet ordusunun tank qoşunları hissəsində hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və könüllü olaraq erməni təcəvüzkarlarına qarşı döyüşlərə qoşulur. O, 1992-ci ilin avqustun 27-də Ağdərə rayonu, Sərhəng su hövzəsi yaığnlığında gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

1993-cü il fevralın 5-də  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  fərmanı ilə Şövqiyar  Allahverdiyeva (ölümündən sonar) Milli Qəhrəman adı verilib.

 

 

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi