Modern.az

\"Srebrenitsa anaları\" vətənlərinə geri dönüb

\

28 Fevral 2021, 11:11

“Srebrenitsa anaları” Hərəkatının üzvlərinin bu gün Azərbaycana səfəri başa çatıb.

 

Modern.az xəbər verir ki, qonaqlar öz vətənlərinə geri dönüblər.

 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qonaqları yolasalma mərasimində iştirak edib.

 

Qonaqlar Elşad Eyvazlı ilə söhbətlərində görüşlərdən məmnun qaldıqlarını və bundan sonra Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində əllərindən gələni əsirgəməyəcələrini bildiriblər.

 

Qonaqlar həmçinin Qarabağın işğaldan azad olunmasının vacibliyini də xüsusi vurğulayaraq qələbə münasibətilə bir daha Azərbaycan dövlətini və xalqını təbrik ediblər.

 

Qeyd edək ki, fevralın 24-də Azərbaycana gələn “Srebrenitsa anaları” Hərəkatının üzvləri Ağdama səfər ediblər. Eyni zamanda, xocalıların evində də olublar və bir neçə görüşlər keçiriblər.

 

Məlumat üçün bildirək ki, bu, “Srebrenitsa anaları” Hərəkatının üzvlərinin Azərbaycana ikinci səfəridir. Xatırladaq ki, “Srebrenitsa anaları” Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin (PJB) dəvəti ilə Bakıya gəliblər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi