Modern.az

Almaniyada Azərbaycan gecəsi keçirilib - FOTOLAR

Almaniyada Azərbaycan gecəsi keçirilib - FOTOLAR

29 Avqust 2012, 17:12

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Almaniyanın ən böyük universitetlərindən biri olan Saarland (Saarbrucken) universitetində 26 Avqust Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə Azərbaycan Mədəniyyət Gecəsi təşkil edib.

İctimai birlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə əksəriyyəti Almaniya, Fransa, Rusiya, İngiltərədən olmaqla 60-a yaxın xarici tələbə iştirak edib. Tədbir iştirakçılarına Muğam Günü haqqında ətraflı məlumat verilib. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində milli müsiqi sərvətimiz olan muğamın həmçinin digər milli mənəvi dəyərlərimizin Yuneskonun qeyri-maddi irs siyahısına daxil edilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Gecədə ölkəmizin tarixi, coğrafi mövqeyi, siyasi və iqtisadi mənzərəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib, ölkəmizin Şərqdə və Müsəlman aləmində ilk respublika yaradacısı olduğu, qadınlara bütün şərq aləmində ilk seçki hüququ verən ölkə olduğu haqqında, Umummili Liderimizin hakimiyyətə gəlməsindən sonra çiçəklənən dövlətimizin müasir uğurları və gələcək məqsədləri barəsində məlumat diqqətə çatdırılıb.

Mədəniyyət Ocağının həmçinin ölkəmiz haqqında və Ermənistan – Azərbaycan Dağılıq Qarabağ münaqişəsi haqqında tərtib etdiyi braşuralar qonaqlara paylanıbdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılması məsələsi “Aşıq Şəmşir” Mədəniyyət Oçağının əsas fəaliyyət istiqamətlərindən biridir. Tədbir iştirakçılarına Azərbaycanla daha yaxından tanış olmaq, informasiyalar verilib və tanıtım filimi təqdim olunub.

Tədbirdə son dövrlərdə Almaniya mətbuatında ermənipərəst qüvvələrin təsiri ilə ölkəmiz əlyehinə dərc olunan informasiyaların həqiqətə uyğun olmadığı və realliğın tamam fərqli oluğu bildirilib. Sonda tələbələrin ifasında rəqs numunələri göstərilib, milli müsiqimiz səsləndirilib, Cənubi Azərbaycandan olan tələbə Babəkin ifasında isə sazda müxtəlif musiqi nümunələri təqdim olunubdur. “Aşıq Şəmşir” Mədəniyyət Ocağının Almaniyadakı üzvlərinin hazırladıqları milli yeməklər tədbir iştirakçıları tərəfindən yüksək maraqla qarşılanıbdır.

 

 

 

 

 

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi