Modern.az

Pənah Hüseyn: “İsa Qəmbər prezidentliyə ən layiqli namizəddir”

Pənah Hüseyn: “İsa Qəmbər prezidentliyə ən layiqli namizəddir”

29 Avqust 2012, 18:18

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq deputat Pənah Hüseyn Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərində iştirak edəcəyi haqda verdiyi qərarı dəstəkləyib. Pənah Hüseyn Modern.az saytına açıqlamasında İsa Qəmbərin namizədiyini dəstəkləyəcəyini bildirərək, bunun doğru addım olduğunu deyib.

“Mən hər bir Azərbaycan Respublikası vətəndaşının, eləcə də birincilərin içərisində İsa Qəmbərin prezident seçkilərində iştirakını onun tam hüququ hesab edirəm. İsa Qəmbər buna layiqdir. Burada fərqli bir şey yoxdur. Hər bir kəs seçkilərdə iştirak edəcəyi haqda açıqlama vermək hüququna malikdir. Bu təbiidir. İsa bəy də seçkilərdə iştirak etmək  niyyətindədir, mən də onun bu fikirlərinə normal hal kimi baxıram”, - deyə P.Hüseyn qeyd edib.

P.Hüseyn İsa Qəmbərin bu qərarından sonra İctimai Palatanın dağılacağı haqda deyilənlərə münasibət bildirib:

“İsa Qəmbərin bu qərarı İctimai Palatada hər hansı narazılıq və fikir ayrılığı yaratmayacaq., İctimai Palata da vahid namizəd məsələsinin müzakirə edilməyəcəyini bəyan etmişdi. Prinsipcə bu qərar normal qarşılanmalıdır”

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi