Modern.az

“Zəlzələdən əziyyət çəkənlərə dövlət yardımı çatdırılıb” - deputatdan təkzib

“Zəlzələdən əziyyət çəkənlərə dövlət yardımı çatdırılıb” - deputatdan təkzib

29 Avqust 2012, 18:48

Zaqatala-Qax bölgəsində baş verən zəlzələdən sonra əhalinin bir hissəsi çadırlarda məskunlaşıblar. Evlərinin hələ də tikilib hazır olmamasından şikayətlənən sakinlər, üstəlik, çadırlara yardımların paylanmamasından da gileylənirlər. Sakinlər bildirirlər ki, Zaqatalanın Gözbaraq, Sabıncı kəndinə yardım gəlsə də, İkinci Tala kəndinə yardımın gəlməyi ilə yoxa çıxmağı bir oldu. Onların əksər hissəsinə yardım çatmayıb.

111 saylı  Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva Modern.az-a bildirib ki, bu məsələdən xəbərsizdir: “Düzünü desəm, bundan xəbərim yoxdur. 20 gün əvvəl Zaqatalada oldum, çadırlarda yaşayan, ümumiyyətlə, zəlzələdən əziyyət çəkənlərlə tanış oldum. Belə bir məlumat mənə heç bir adam tərəfindən verilmədi və bu barədə  başqasından da eşitməmişəm. Yardımların onlara çatdırılmaması barəsində məndə heç bir məlumat yoxdur. Əksinə, onlara nəinki dövlət tərəfindən, eləcə də Qızıl Aypara Cəmiyyəti tərəfindən  yardım olundu”.
Deputat qeyd edib ki, bu söhbətlərin haradan qaynaqlandığının heç bir əsası yoxdur: “Mən bu söhbətlərin haradan qaynaqlandığını bilmirəm. Ümumiyyətlə, mən orada olan müddətdə belə söhbətlər yox idi. Birinci dəfədir ki, sizdən eşidirəm. Əksinə, sakinlər yardımların verilməsinə görə hökumətə minnətdarlıqlarını bildirirdilər. Dövlət tərəfindən verilən yardımın realizə olunması aydın məsələdir ki, icra hakimiyyəti və  orada xüsusi yaradılmış komissiyanın nəzarəti altındadır. Həmin yardımlar da çatdırılıb”.
Nihadə Eyyubova
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi