Modern.az

Şarl Mişel Gürcüstana gəldi

Şarl Mişel Gürcüstana gəldi

Aktual

28 Fevral 2021, 21:19

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Gürcüstana ilk səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, onu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.

 

Ş.Mişel rəsmi görüşləri sabahdan etibarən keçirəcək.

O, səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Arçil Talakvadze, həmçinin siyasi partiyaların nümayəndələri ilə də görüşəcək.

 

Aİ-nin ali rəsmisinin Gürcüstana səfəri martın 2-də başa çatacaq. Gürcüstandan sonra o, Ukraynaya yola düşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama