Modern.az

İş axtaran müəllimlərə yeni xəbər

İş axtaran müəllimlərə yeni xəbər

30 Avqust 2012, 10:14

Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilmiş bütün fənlər üzrə boş qalan və imtina olunan yerlərin yenidən seçimi aparılacaqdır.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə,  müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar  3-7 sentyabr tarixlərində “Şəxsi səhifə”lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilərlər. Bildirilib ki,həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı sentyabrın 7-də saat 18.00-da başa çatır və yerləşdirmə aparılır. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin “Şəxsi səhifə”lərinə göndərilir.

İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər.

Qeyd edək ki, müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə 3-7 sentyabr 2012-ci il tarixlərində baxılacaqdır.  

Anar RÜSTƏMOV

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi