Modern.az

Xızıda yük avtomobili ilə traktor toqquşub - ölən var

Xızıda yük avtomobili ilə traktor toqquşub - ölən var

Aktual

1 Mart 2021, 16:17

Xızıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu gün səhər 8:30 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Xızı rayonundan keçən hissəsinin 64-cü kilometrində ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Rusiya vətəndaşı, Dağıstan Respublikasının Kayakənd rayon sakini, 32 yaşlı Ruslan Maqomedkamiloviç Kairov idarə etdiyi "Scania-113" markalı yük avtomobili və onun "Schmitz"markalı qoşqusu ilə Bakıdan Quba istiqamətdə gedərkən eyni istiqamətdə olan- Xızı rayonunun Şuraabad qəsəbə sakini, 60 yaşlı Həsənəli Səfər oğlu Səfərovun idarə etdiyi "Belarus"markalı traktorla toqquşub. Nəticədə Xızı rayon suvarma sistemləri idarəsinin sürücüsü olan Həsənəli Səfərov aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorda olan sərnişin, Şuraabad qəsəbə sakini, 52 yaşlı Bəhlul Gülməmməd oğlu Həsənov isə xəsarət alıb. Yaralı dərhal Sumqayıt şəhər təcili tibbi  yardım xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. Şöbənin təhqiqatçısı Təhmiraz Səmədovdan aldığımız məlumata görə, qəzanın tam başvermə səbəbi təyin ediləcək avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. İlkin olaraq isə qəzanın Rusiya vətəndaşı Ruslan Kairovun idarə etdiyi yük avtomobilinin qarşıda gedən "Belarus"markalı traktorun arxa hissəsinə çırpılması nəticəsində baş verdiyi deyilir.

 

Aytəkin ALXASLI 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama