Modern.az

Bu gün “Qarabağ” “Qəbələ”ni “Səbail” “Keşlə”ni qəbul edəcək

Bu gün “Qarabağ” “Qəbələ”ni “Səbail” “Keşlə”ni qəbul edəcək

2 Mart 2021, 08:13

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

 

Modern.az xəbər verir ki, turun açılış matçında “Səbail” “Keşlə”ni qəbul edəcək. “ASCO Arena”dakı matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

 

Günün digər matçında “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Azersun Arena”dakı görüşü Kamal Umudlu baş hakim olacaq.

 

2 mart (çərşənbə axşamı)

 

16:00. “Səbail” –“Keşlə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”

 

18:15. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Azersun Arena”.

 

Qeyd edək ki, turun digər iki matçı martın 3-də olacaq. “Neftçi” “Sabah”ı, “Sumqayıt” isə “Zirə”ni qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama