Modern.az

İnvestisiya şirkətinin Müşahidə Şurasının TƏRKİBİ

İnvestisiya şirkətinin Müşahidə Şurasının TƏRKİBİ

2 Mart 2021, 09:54

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bu il yanvarın 27-də dövlət qeydiyyatına aldığı və hələ ki, lisenziyası olmayan “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının tərkibi açıqlanıb.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, Şuraya Adil Firudin oğlu Gözəlov, Xəqani Vaqif oğlu Hüseynov və Ayaz İsmayıl oğlu Əliyev daxildir.

 

Xatırladaq ki, yeni investisiya şirkəti Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 1 058, mənzil 36a ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 400 min manat, qanuni təmsilçisi isə Nəriman Sabir oğlu Hadıyevdir.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama