Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, erməni xisləti xalqımızın həyatında özünü daha ağır formada göstərmişdir. 80-ci illərin sonundan başlayaraq ölkəmizə qarşı ərazi iddiaları başladan erməni ideoloqları 90-cı illərin əvvəllərindən başlayaraq həmin iddiaları aktiv fazaya keçirə bildilər. Beləliklə həmin dövrdə havadarlarının ən yüksək səviyyədə hərbi və siyasi dəstəyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlarının işğalını reallaşdıra bildilər. Eyni zamanda həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan AXCP-Müsavat cütlüyünün sərişdəsizliyi, hakimiyyət uğrunda mübarizə və nəticəsində strateji əhəmiyyətə malik rayonlarımızın düşmənə təslim edilməsi xalqa xəyanətlə yanaşı müharibənin sonrakı taleyini də həll etmiş oldu...
Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu öndərimizin yüksək idarəçilki təcrübəsi sayəsində ölkəmiz inkişaf yoluna qədəm basmış və inkişaf etmişdir.
Xalqın iradəsi əsasında dövlət başçısı seçilən böyük idarəçilik məktəbi keçmiş dövlət başçısı cənab İlham Əliyev tərəfindən aparılan məqsədəyönlü siyasət nəticəsində son illərdə Azərbaycanda ordu quruculuğuna yüksək səviyyədə önəm verilmiş, bu sahədə islahatlar daha sürətlə və müasir tələblər səviyyəsində həyata keçirilmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunması diqqətdə saxlanımış, ölkəmizin iqtisadi potensiyalı gündən-günə gücləndirilmişdir. Məhz bu siyasətin məntiqi nəticəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılan gənclərimiz ən müasir silahlardan istifadə etməklə, ən yüksək səviyyədə maddi təminatla əhatə olundu.
30 ilə yaxın bir müddət ərzində qan tökülmədən, itki vermədən və bölgənin inkişafına xidmət edə biləcək bir şəkildə-sülh yolu ilə münaqişənin nizamlanması üçün müxtəlif səviyyələrdə danışıqlar prosesi davam etdi. Danışıqlar prosesi həm də ölkəmiz tərəfindən özlərini demokratiyanın beşiyi sayan ölkələrin həyata keçirtdiyi ikili siyasətə qarşı mübarizə dövrü kimi də xarakterizə oluna bilər.Məhz bu kimi dövlətlərin himayəsi altında xəyallarından əl çəkməyən düşmən bütün danışıqlar prosesini kölgə altına alan addımlar atmaqla sülhə şərait yaratmaqdan imtina etmiş, sülh danışıqlarına əks olaraq zaman–zaman cəbhə xəttində təxribatlara yol vermişlər. 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhəddində, təmas xəttində erməni silahlı qüvvələrinin törətdiyi təxribatlar, daha sonra kəşfiyyat-diversiya qurupunun Azərbaycan ərazisinə göndərilməsi və bu kimi digər hadisələr sadalananlara əyani sübutdur. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də növbəti təxribat... Ona görə də münaqişənin güc yolu ilə həlli qaçılmaz oldu.
İyun hadisələri zamanı xalqın vətən həsrəti və torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmaq istəyi özünü bir daha təsdiqlədi. Nəhayət Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən növbəti sentyabr təxribatına cavab olaraq əks həmlə əməliyyatına başlayan silahlı qüvvələrimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “44 günlük müharibə” adı ilə tarixə düşən hərbi əməliyyatlar zamanı möhtəşəm zəfər tarixi yazdı. Bu müharibə dövründə xalq-hakimiyyət birliyi bir daha təsdiq etdi ki, Azərbaycan xalqı “dəmir yumruq” ətrafında daim birdir. Vətənpərvərlik ruhunda formalaşmış gənc nəsl 44 günlük müharibə dövründə böyük sücayət göstərdi və namərd düşmənə heç bir aman vermədən torpaqlarımızı işğalçılardan təmizlədi.
İstər müharibədən əvvəl, istərsə də müharibə dövründə Ali Baş Komandan cənab İlahm Əliyevin qətiyyəti, eləcə də dünya siyasi arenasında Azərbaycan həqiqətlərini ardıcıl və inandırıcı formada təqdim etməsi də qələbənin təmin olunmasında başlıca səbəblərdən oldu. Bu döyüşlərdə hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq xalqımızın qəlbində özünə əbədi abidə ucaltmışdır. İgid oğullarımızın əməyi Dövlət başçısı tərəfindən də yüksək qiymətləndirilmiş, onların bir şoxu yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Həmçinin bütün bunlarla yanaşı dövlətimiz tərəfindən şəhid ailələri və Qarabağ qaziləri də diqqətdən kənarda saxlanılmır, onlara ən yüksək səviyyədə dövlət dəstəyi həyata keçirilir. 2021-ci ilin fevralın 25-də şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirərək əlil olmuş şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi ən yüksək şəkildə vurğulanmışdır. Ramanı kompleksində dövlət başçısının səsləndirdiyi statistik rəqəmlər qeyd olunanların nə qədər diqqətdə saxlanıldığını, bu kateqoriyadan olan insanlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha təsdiqləmiş oldu. Ramanı yaşayış kompleksində yaşayış binaları ilə yanaşı müvafiq sosial obiektlərin də yaradılması gələcəkdə bu kompleksdə yaşayacaq insanlara daha həssas yanaşmanın təzahürü və parlaq nümunəsi kimi də qiymətləndirilə bilər. Bütün bunlarla yanaşı döyüşlər zamanı sağlamlıqlarını itirmiş şəxslərə-Qarabağ qazilərinə də hər cür köməkliklər göstərilməklə onların sağlamlıqlarına qovuşması üçün müvafiq tibbi yardımlar göstərilməkdədir. Şağan qəsəbəsindəki reabilitasiya mərkəzi bu istiqamətdə atılan növbəti addımlardan biridir. Həmin reablitasiya mərkzində ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirmiş şəxlər müalicə olunaraq normal surətdə yaşamağa davam edəcəklər. Bundan başqa dövlətimizin sosial–iqtisadi durumu imkan verir ki, müharibə dövründə daha ciddi zədələnmiş qazilərimiz daha müasir protezlərlə təmin olunsun. Artıq bu istiqamətdə də müəyyən işlər görülmüş və bu işlər gələcəkdə də davam etdiriləcəkdir. İstər aprel döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsi dövründü bu cür zədələrə məruz qalmış qazilərimizdən yeni nəsil protezlərlə təmin olunanları qeyd etdiyimiz fikirlərə əyani sübutdur. Qeyd olunanları yekunlaşdırıb söyləmək olar ki, dövlət Qarabağ qaziləri və şəhid ailələri üçün nə lazımdırsa və nə mümkündürsə edir və bundan sonra da edəcəkdir.Əsgər və zabitlərimizin 44 günlük müharibə dövründəki fədakarlığı və qəhrəmanlığı gənc nəsil üçün örnəkdir. Bu gün hər bir Azərbaycan gənci vətən naminə hər an mübarizəyə hazırdır və buna qadirdir. Dövlət başçımız cənab İlham Əliyevin yürütdüyü siyasət bundan sonra da ölkəmizdə ordu quruculuğuna, ordunun təkmilləşdirilməsinə şərait yaratmaqla bərabər həm də Silahlı qüvvələrimizin müasir döyüş texnikası ilə təmin olunması, peşəkar hərbiçilərin yetişdirilməsi üçün ardıcıl və məqsədəyönlü addımların atılmasına şərait yaradacaqdır.Biz Lerik sakinləri də həyata keçirilən bu tədbirləri alqışlayır və dəstəkləyirik.
Gürdəsər kənd sakini Hüseyn Hüseynov