Modern.az

Elmar Məmmədyarov Suriya xarici işləri naziri ilə görüşüb

Elmar Məmmədyarov Suriya xarici işləri naziri ilə görüşüb

Təhsil

30 Avqust 2012, 14:48

Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov İranda Suriyanın Xarici İşlər Naziri Valid əl-Muallem ilə görüşüb. Bu barədə Modern.az-a XİNİN mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, XİN-i Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin Xarici İşlər Naziri Valid əl-Muallem ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin süverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub. Nazir Elmar  Məmmədyarov  tərəfindən ölkəmizin Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi