Modern.az

Xətai sakinləri Hacıbala Abutalıbovdan Prezidentə şikayətə gedəcəklər

Xətai sakinləri Hacıbala Abutalıbovdan Prezidentə şikayətə gedəcəklər

30 Avqust 2012, 15:17

Xətai rayonu Cavanşir küçəsində yerləşən və əvvələr Tağıyev adına Tikiş Kombinatının tərkibində olan 4 nömrəli yataqxana yararsız vəziyyətə düşüb. Yararsız yataqxanada isə xeyli sakin yaşayır. Yataqxana sakinlərinin problemləri avqustun 30-da hüquq müdafiəçisi  Ələkbər Məmmədovun keçirdiyi mətbuat konfrasında gündəmə gətirildi.
Yataqxananın sakinlərinin də iştirak etdiyi tədbirdə bildirildi ki, 2000-ci ilin noyabr zəzələsindən sonra bu binada yaşayan insanları evlə təmin etmək üçün xüsusi qərar çıxarılıb. Lakin qərar icra olunmayıb.
2004-cü ilin dekabrında isə Bakı meri Hacıbala Abutalıbovun sərəncamı ilə yataqxana sakinləri üçün yeni binanın tikintisi məqsədilə 40 sot torpaq ayrılıb. Orada 18 mərtəbəli 432 mənzilli iki yaşayış binasının təməli qoyulub.
Binalar hazır olandan sonra qəzalı yataqxanada yaşayan ailələrin bir qisminə yeni tikilidə mənzil verilsə də, bəzilərinə bu nəsib olmayıb.
Ə.Məmmədov deyir ki, qəzalı yataqxanada 180 ailə qeydiyyatda olsa da, onların bir qisminə verilməli olan mənzillər kənar şəxslərə satılır. Bu zaman sakinlər aldadılır, onların adından istifadə olunur.
Hüquq müdafiəçisi qeyd edib ki, sakinlərin adından istifadə edən şəxslər özləri üçün 2 kooperativ yaradıblar: ”Oğuz” və “Ümid”. Bu kooperativlər yuxarılardan himayə olunur. Hazır mənzillər də bu kooperativlər vasitəsilə satılır.

Hafiz Xanqulu adlı sakinin sözlərinə görə, onlar dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Lakin cavab ala bilməyiblər.
Mətbuat konfransında elan edildi ki, narazı sakinlər sentiyabrn 4-də Prezident Administrasiyasının qarşısında aksiya keçirəcəklər.

Məltəm Talıbzadə
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi