Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına daha bir millət vəkili qoşulub. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, deputat Fazil Mustafa da İrandakı soydaşlarımıza yardım edib. Belə ki, o, yardım fonduna 200 AZN məbləğində pul köçürüb.
Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva zəlzələdən dərhal sonra Azərbaycan Milli Məclisinin deputatlarına çağırış edərək onları bu yardım kampaniyasına qoşulmağa çağırıb.
Anar RÜSTƏMOV