Modern.az

Sumqayıtda mənzildə partlayış oldu

Sumqayıtda mənzildə partlayış oldu

2 Mart 2021, 21:21

Sumqayıt şəhərində mənzillərin birində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon, ev 27, mənzil 161-də baş verib.

Belə ki, mənzilin vanna otağında qaz sızması güclü partlayışla müşayət olunub. Partlayışın gücündən mənzilin pəncərəli qırılıb, parçaları küçəyə dağılıb. Mənzildə olan əşyalar yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Müvafiq qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama