Modern.az

Ramil Usubov polis olmağa 12 namizəddən imtina etdi

Ramil Usubov  polis olmağa 12 namizəddən imtina etdi

30 Avqust 2012, 18:03

Avqustun 30-də Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

DİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 499 nəfərin  düzüldüyü ayrı-ayrı kalonları gəzib, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti ilə maraqlanıb, bəzi irad və tövsiyyələrini bildirib. Daxili işlər naziri ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 12 nəfər sıra baxışından kənarlaşdırılıb.

Tədbirin sonunda nazir Ramil Usubov  sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb.

Modern.az      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi