Modern.az

Oğuzda piyadanı maşın vurdu

Oğuzda piyadanı maşın vurdu

3 Mart 2021, 21:23

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndin ərazisindən keçən hissəsində baş verib.

 

Kənd sakini 1959-cu il təvəllüdlü Araz İsfəndiyar oğlu Həşimov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi, 1979-cü il təvəllüdlü Pərvin Sabir oğlu İbrahimxəlilovu vurub.

 

Xəsarət alan 42 yaşlı P. İbrahimxəlilov Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi