Modern.az

Tələbələrin qeydiyyatı başa çatdı

Tələbələrin qeydiyyatı başa çatdı

31 Avqust 2012, 09:02

2012-2013-cü il tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında tələbə adı qazanmış şəxslərin qeydiyyatı başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ali məktəblərdə qeydiyyat prosesi avqustun 31-də saat 17:00-da başa çatacaq.

TQDK-dan bildirilib ki, qeydiyyatdan keçməyən, öz sənədlərini təsdiqlətməyən abituriyentlərlə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 23-dən 31-dək davam edib.  Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ümumilikdə isə ali təhsil müəssisələrinə bu il ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan yelərinə aparılan qəbul zamanı 451 nəfər tələbə adı qazanıb. Onların qeydiyyat müddəti isə 27-dən sentyabrın 5-dək davam edəcək.

 

 

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi