Modern.az

Əmək miqrantları üçün ən cəlbedici ölkənin adı açıqlandı  

Əmək miqrantları üçün ən cəlbedici ölkənin adı açıqlandı  

Aktual

4 Mart 2021, 08:50

Dünyada əmək miqrantlarının təxminən dörddə biri işləmək üçün Kanadaya köçməyə üstünlük verir.

 

Modern.az-ın məlumatına görə, bu barədə "BCG" və "The Network"un "Qlobal istedad bazarının - fiziki və virtual - təhlili" tədqiqatında deyilir.

 

Məlumata əsasən, sorğuda iştirak edənlər arasında işləmək üçün ABŞ, Avstraliya və Almaniyanı da seçənlər olub. Respondentlərin 24 faizi Kanadanı seçib: "Kanada əmək miqrantları üçün ABŞ-ı geridə qoyaraq ən cəlbedici ölkə oldu".

 

Qeyd edilir ki, 2014 və 2018- ci illərdə keçirilən analoji tədqiqatlarda Kanada üçüncü, ABŞ isə ənənəvi olaraq birinci yeri yeri tuturdu. 2020-ci ildə keçirilən sorğuda ABŞ və Avstraliyanı 20 faiz , Almaniyanı 19 faiz, Böyük Britaniyanı və Yaponiyanı isə 14 faiz respondent seçmişdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama