Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XIV Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən cüdoçu Ramin İbrahimov qızıl medal qazanıb. Modern.az-ın məlumatına görə, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramin İbrahimov finalda Çin təmsilçisi Xiaodong Lini məğlub edərək ölkəmizə turnirdə ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, cüdoçumuz ilk görüşündə Koreya idmançısı Min-Ca Liyə qalib gəlib. 1/4 finalda Fransa cüdoçusu Kevin Villemontla üz-üzə gələn Ramin İbrahimov inamlı qələbə qazanaraq yarımfinala adlayıb.
Təmsilçimiz yarımfinalda Yapon cüdoçusu Takaaki Hiraidən üstün olduğunu tatamidə sübut edib.
Modern.az