Modern.az

Yol Polisindən dəhşətli qəza ilə bağlı rəsmi münasibət

Yol Polisindən dəhşətli qəza ilə bağlı rəsmi münasibət

31 Avqust 2012, 10:45

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib. 124 saylı sərnişin avtobusu ilə Bakı-Ağstafa istiqamətinə hərəkət 97 saylı ekspress sərnişin qatarı toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var.

Respublika Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında fdeyib ki, hazırda hadisənin səbəbləri araşdırılır. 

“124 nömrəli avtobus Lökbatan qəsəbəsində dəmiryol keçidində qatarın qarşısına çıxıb. Nəticədə çoxlu ölən və yaralanan var. Amma onların konkret sayını bilmirik. Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdirilib. Ölən və yaralananların dəqiq sayını istintaq aparan əməkdaşlar müəyyən edəcəklər”.

K.Əliyev bildirib ki, ilkin verisya odur ki, sərnişin avtobusu qatarın qarşısına çıxıb.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi