Modern.az

Nəqliyyat Nazirliyindən ağır qəza barədə növbəti məlumat - FOTOLAR

Nəqliyyat Nazirliyindən ağır qəza barədə növbəti məlumat - FOTOLAR

31 Avqust 2012, 11:57

Nəqliyyat Nazirliyi bu gün səhər Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində avtobusla qatarın toqquşduğu ağır yol qəzası barədə növbəti rəsmi məlumat açıqlayıb.
Nazirliyin Katiblik rəisi Namiq Həsənov Modern.az-a bildirib ki, səhər saat 07:30-da dəmir yolunun Puta-Heybət mənzilinin 513-cü kilometrindəki qorunan keçiddə maşinist Xanbabayev İslamın idarə etdiyi BL8-1433 nömrəli sərnişin sürət qatarı sürücü Ağayev Fərid Ağamir oğlunun idarə etdiyi, 124 nömrəli marşurut üzrə hərəkət edən 10 TF 427 dövlət qeydiyyat nişanlı "DAEWOO" markalı avvtobuslaa toqquşub.

“İlkin məlumata görə, 3 nəfər hadisə yerində ölüb, 3 nəfər xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Xəsarət alanlardan 7 nəfər reanimasiyadadır. Ümumilikdə isə 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisənin başvermə səbəbləri Nəqliyyat Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.









  Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi