İqtisadi gücün artırılması torpaqlarımızın işğaldan azad edilməsində və dövlətimizin ərazi bütövlüyünün bərpasında, bütövləşmiş Azərbaycanımızın sərhədlərinin qoorunmasında hərbi qüdrətin möhkəmləndirilməsinin həlledici amilinə çevrilmişdir. Böyük Qələbə indi yeni, sistemli və davamlı islahatlara geniş üfüqlər açır.” Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yeni geniş üfüqlərin və uğurlara aparan yolların, dəqiq hesablanmış xəritəsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri həyata keçirilir. Artıq Laçın rayonunda möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə “Güləbird” SES-in açılışı oldu. Həmçinin, Horadiz–Agbənd dəmir yolu xəttinin təməli qoyuldu. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir.
Onuda qeyd etmək lazımdır ki, cənab Prezidentin və hörmətli Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlət başçımızın hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər Qarabağın tezliklə cənnətə çevriləcəyini deməyə əsas verir.
Ərazilərin bərpa olunması yeni iqtisadi imkanlar yaradacaq və görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək. Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son iki yüz il ərzində hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Nəzərdə tutulmuş Böyük Qayıdış planı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potünsial yaratmışdır.
Dövlət başçısı vurğulayıb ki, bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər.
Azərbaycanın müasir inkişaf modeli cəmiyyət, biznes və dövlət üçlüyüdür. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün bu üçlüyün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir.
Cənab Prezidentin özünün dediyi kimi o, nəyi nə vaxt edəcəyini çox yaxşı bilir. Bunu həm xalqımız qarşısında, həm dünya dövlətləri qarşısında ən ağır, ən çətin imtahan olan Vətən müharibəsində Sərkərdə məharətinin möhtəşəmliyi ilə bir daha və ən qəti şəkildə sübut etdi.
Samir Qocayev
Naftalan şəhər sakini