Modern.az

Qarabağ - Azərbaycanın cənnət guşəsi olacaq!

Qarabağ - Azərbaycanın cənnət guşəsi olacaq!

Aktual

4 Mart 2021, 15:24

Qarabağ torpaqları - uzun illər  əsarətdə   qalan torpaqlarımız  işğaldan  azad  edildi. İndi  qarşıda  böyük  işlər  durur. Bu  torpaqlarda  yeni  həyat  yaradılmalıdır. Azad  olunan  ərazilərin  iqtisadı  imkanları  reallaşmalıdır.  Artıq  iş  yerləri açılmalı,  əhali  ərzaqla  təmin  olunmalı, emal  sənaye sahələri  yaradılmalıdır. Təbiidir  ki,  bütün  bunlar  üçün  müəyyən  qədər  zaman  tələb  olunur. 

 

Əvvəlcə  işğaldan  azad  olunmuş ərazilərdə  xaraba  qoyulmuş şəhər  və  kəndlər  bərpa  olunmalıdır. Məcburi  köçkünlərin  doğma  torpaqlarına  qaytarılması üçün  onların  həyat  və  məişətində  olan   tələbatlara  cavab  verilməlidir. Ölkə  prezidenti  cənab  İlham  Əliyev  deyir: “Işğaldan  azad  olunan  torpaqları  qısa  müddət  ərzində  bərpa  edəcəyik. Bu  ərazilərə  həyat  qaytarılacaq, o  ərazilərdə  Azərbaycan  bayrağı  dalğalanacaq.” Bu  ona  işarədir  ki,  az  vaxt  içərisində daşı daş  üstdə qalmamış  torpaqlarımızda  yaşayış  binaları,  müıki  evlər,  mədəniyyət  sarayları, idman  kompleksləri,  sanatoriyalar,  təhsil  və   səhiyyə  müəssisələri  tikiləcək.  Yüzlərlə  iş  yerləri  açılacaqdır.

 

Qarabağı cənnətə  çevirməyə Azərbaycanın  maliyyə  resursları  vardır. Amma hər  işin  görülmə  zamanı  vardır. Hal  -  hazırda   bu  ərazilərin  minalardan  təmizlənməsi  prosesi   gedir. Artiq  azad olunmuş  torpaqlarımızın  müxtəlif  yerlərində, məsələn,  Füzuli rayonu  ərazisində  hava  limanı tikilmiş,  Şuşa  şəhərinə  iki avtomobil  yolu  çəkilmişdir. Prezidentimiz  bu  yolu “ Zəfər  yolu” adlandırır. Artıq  minalardan  təmizlənmiş  ərazilərdə  payızlıq   buğda əkilmişdir. İnşallah, əminəm  ki,  xalqın  düşmənə  qalib  gələn  mərd  oğullarının,  bu oğulları  mərd böyüdüb  ərsəyə  gətirən  atalar  və  anaların ölkə  rəhbərinin  arxasında durması  ilə yollar çəkiləcək,  körpülər  salınacaq, elektrik  stansiyaları  tikiləcək yeni   nəqliyyat  dəhlizləri  açılacaqdır. Günəş  və  külək stansiyaları  tikiləcəkdir. Az müddətdə  dünya  ölkələri ilə  ticarət  əlaqələri genişləndiriləcəkdir.

 

Az  zaman  kəsiyində  Azərbaycanın  maliyyə  resursları  artacaq, ölkəmizin işğaldan  azad  edilmiş  əraziləri  tam  bərpa  ediləcək,   uzun  illər  qaçqın-  köçkün  adlandırılan bu  torpaqların  həqiqi  sahibləri  öz  yerlərinə  qayıdacaqlar.Məlumdur  ki,  bu  qədər  işlərin  görülməsi  üçün  küllü  miqdarda  maliyyə  vəsaiti  lazım  olacaq.

 

Azərbaycan ötən  əsrdən  bəri  çətin,  mürəkkəb  tarixi  dövr  yaşamışdır. Lakin  bu  illər  ərzində  böyük  inkişaf  yolu  keçərək təhlükəsiz,  sabit,  sosial-  mədəni  həyat  səviyyəsini  dünyaya  tanıtmışdır. Bu  qədər   işin  görülməsi  üçün Azərbaycanın  maliyyə  vəsaitləri  də  var,  möhkəm  iradəsi  də  ,   Bütün  çətinliklərə baxmayaraq,  işğaldan  azad  olunmuş  ərazilərdə məskunlaşma  da  uğurla  həyata  keçiriləcəkdir, ağıllı  rəhbər  olan  yerdə  , birlik  olan yerdə bu  işlərin  görülməsi cətin olmayacaq. Vətənimiz yaxın  zamanda Cənnətə  çevriləcəkdir!

 

Gülüstan Almazova

Hacıqabul şəhər sakini 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama