Gəncə şəhərində saxta pul əskinazları satan cinayətkar dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsi əməkdaşlarının birgə həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq İmanov, Cahangir Fərzəliyev və Elnur Xudaverdiyev 100 ədəd 50 manatlıq saxta əskinazı 2000 manata satarkən tutulublar.
N.İmanovun evinə baxış zamanı saxta əskinazların hazırlandığı "HP Desget 1050 Print Sean Sopu" markalı skayner də aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı cinayət işi açılıb.
Modern.az