Sabirabad rayonunda polis zabiti, baş leytenant Eldar Quliyevi və rayon sakini A.Zeynalovu qətlə yetirib hadisə yerindən qaçmış G.Abıyev tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 31-də saat 03.00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində, kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş verib.
Qaragünə Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlibdir. Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. Polisin qanuni tələbinə məhəl qoymayan G.Abıyev ov tüfəngindən atəş açaraq onu və A.Zeynalovu qətlə yetirib, hadisə yerindən qaçıb.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Abıyev tutulub. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülübdür.
Modern.az