Modern.az

Paytaxtda motosiklet sürücüsü qəzada xəsarət aldı

Paytaxtda motosiklet sürücüsü qəzada xəsarət aldı

5 Mart 2021, 00:08

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Akademik Zərifə Əliyeva adına Göz Klinikasının yaxınlığında avtomobillə motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 1994-cü il təvəllüdlü Həsənli İsmayıl Səfər oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma diaqnozu qoyulub (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI