Modern.az

Qənirə Paşayeva: “Təəssüf ki, anası bu günü görmədi”

Qənirə Paşayeva: “Təəssüf ki, anası bu günü görmədi”

Təhsil

31 Avqust 2012, 15:55

Millət vəkili Qənirə Paşayeva Ramil Səfərovun azadlığa buraxılmasına görə ölkə prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Bu barədə Modern.az-a açıqlama verən deputat Ramil Səfərovun vətənə dönməsindən sevindiyini bildirib.

“Bu bütün hamımızı, bütün azərbaycanlıları təkcə Azərbaycanda yox, Azərbaycanın hüdudlarından kənarda yaşayan insanlarımızı, bütün türk millətini sevindirən çox böyük bir hadisədir və cənab prezidentə biz hamımız çox təşəkkür edirik. Ramil gerçəkdən dövlətimizin, millətmizin qəhrəman oğullarından biridir. Mən 4-5 gün əvvəl onunla telefonla danışmışdım, o, mənə zəng etmişdi. Söhbət etmişdik, söhbətimizin əsasında öz sosial şəbəkədə də fikirlərimi yazdım ki, Ramillə ilk görüşən zamanı yeni həbs olunmuşdu, onda mənə bir söz dedi ki, Qənirə xanım bayrağımız bizim namusumuzdur, şərəfimizdir. Biz bayrağımızı, vətənimizi təhqir edənlərə hər zaman qarşı olmalıyıq və heç zaman onları buna imkan verməməliyik. Mən millətimizi, onun atasını, çox təəssüf ki, anası bu günü görmədi, təbrik edirəm. İnanıram ki, Ramil hər zaman millətinə yararlı övlad oldu. Bundan sonra millətimiz, vətənimiz üçün yararlı, gözəl işlər görməkdə davam edəcək. Təbrik edirəm. Cənab prezidentə təşəkkür edirik. Prezidentin bu addımı bütün gənclərimiz üçün bir mesaj idi ki, dövlət, vətən üçün əlindən gələni edən insanların dövlət hər zaman yanında olacaq”,  - deyə deputat təbrikində bildirib.

Qeyd edək ki, preziden İlham Əliyev azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı bu gün sərəncam imzalayıb.

 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi