Modern.az

YAP-da Veteranlar Şurası yaradıldı - Sədr və müavin seçildi - ADLAR

YAP-da Veteranlar Şurası yaradıldı - Sədr və müavin seçildi - ADLAR

Aktual

5 Mart 2021, 13:20

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası yaradılıb.

 

Modern.az xəbər verir ki, bu gün keçirilən qurultayda Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanova seçilib. 

 

YAP-çı deputat Tahir Rzayev saytımıza açıqlamasında bildirib ki, Veteranlar Şurasının yaradılması zəruri idi:

 

«Veteranlar hər bir bölgədə gənclərlə söhbətlər aparmalıdır. Partiyanın keçdiyi yolu,  nailiyyətləri, müstəqillik dövründə başımıza gələnləri gənclərə çatdırmaq lazımdır. Çünki bəzi gənclərin partiyanın yaranmasından xəbərləri yoxdur. Hesab edirəm ki, bu çox önəmlidir. Cənab prezidentin tapşırığına əsasən, 3 aya proqram hazırlanmalı, partiyanın yeni Nizamnaməsi təsdiq olunmalıdır». 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama