Bu gün gözlənilmədən Azərbaycana gətirilən və prezident İlham Əliyev tərəfindən azadlığa buraxılan Ramil Səfərov həbsdə olarkən dünyasını dəyişmiş anası Nübar Səfərovanın məzarını ziyarət edib.
Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, Ramil Səfərov Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını da ziyarət edib.
R.Səfərov daha sonra Şəhidlər Xiyabanını da ziyarət edib.
Deputatlar Azay Quliyev, Qənirə Paşayeva və Məlahət İbrahimqızı da Ramil Səfərovu müşayiət ediblər.
Modern.az