Macarıstanda həbsdə olan və bu gün ölkəmizdə gətirilən azərbaycalı zabit Ramil Səfərovun azad edilməsi xəbəri ölkə gündəmindədir. Modern.az-a açıqlamasında millət vəkili Fuad Muradov bu hadisəni Azərbaycanın uğuru kimi dəyərləndirib.
“Hesab edirəm ki, bu ölkəmizin xarici siyasətində uğurlu bir addımdır. Ramil Səfərovun Azərbaycana gətirilməsi istiqamətində işlər çoxdan görülür. Bu işdə ölkə prezidenti cənab İlham Əliyevin birbaşa əməyi var. Əlbəttə, bu həm də Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin səviyyəsindən xəbər verir”.