Modern.az

Ermənistan Ramil Səfərovu beynəlxalq axtarışa verməyə hazırlaşır

Ermənistan Ramil Səfərovu beynəlxalq axtarışa verməyə hazırlaşır

31 Avqust 2012, 18:29

Ermənistan prezidenti Serj Sərkisyan Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. Modern.az bildirir ki, Ermənistan prezidenti həmçinin təcili toplantıya BMT üzvü olan ölkələrin Ermənistanda akreditasiyadan keçmiş səfirlərini və beynəlxalq təşkilatların nümayəndələrini dəvət edib.

Erməni mənbələriniin məlumatına görə, iclasda Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradasiyası və azadlığa buraxılması ilə bağlı məsələ müzakirə ediləcək. Rəsmi İrəvan Ramil Səfərovun beynəlxalq axtarışa verilməsi məsələsini gündəmə gətirib. 
Erməni hakimiyyəti bu məqsədlə “İnterpol”a müraciət etmək fikrinə düşüb.  

Hər zaman bu məsələdə həssaslıq göstərən Ermənistan hökuməti və cəmiyyətin ani şəkildə nəyin baş verdiyini hələ də aydınlaşdıra bilmir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, bu hadisə Macarıstanla ölkəsi arasında ciddi problem yaradacaq: "Hazırda dövlət başçısı, xarici işlər naziri Edvard Nalbandyan və hökumət üzvüləri ilə məsləhətləşmələr aparır. Yaxın günlərdə Macarıstandakı səfirimiz də məsləhətləşmələr üçün geri çağırılaq".
O, əlavə edib ki, R.Səfərovun azadlığa buraxılması bütün beynəlxalq hüquq normalarına zidd addımdır. "Macarıstanla diplomatik əlaqələr kəsilə bilərmi" sualına o, belə cavab verib: "Bəli, baş verənlər o qədər kobud və hüquq normalarını əzib keçəndir ki, diplomatik əlaqələri kəsə bilərik".

Ermənistanın Macarıstandakı səfirliyi Ramil Səfərovun ekstradisiyası ilə bağlı məsələnin aydınlaşdırılması üçün bu ölkənin  Xarici İşlər Nazirliyinə rəsmi sorğu unvanlayıb.
Modern.az bildirir ki, səfirliik Budapeştdən ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan hərbçisi R. Səfərovun Azərbaycana nə üçün ekstradisiya edilməsinin səbəblərini açıqlamağı xahiş edib.   

Modern.az
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi