Modern.az

Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürüldü

Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürüldü

Aktual

6 Mart 2021, 09:45

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat qazmalar kənd sakini X.Əlimovdan və Hil kənd sakini E.Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama