Modern.az

YAP-a birləşən partiya sədri qərarından DANIŞDI

YAP-a birləşən partiya sədri qərarından DANIŞDI

6 Mart 2021, 11:45

“Son vaxtlar ölkədəki durum hamıya bəllidir. Xüsusilə Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan ordusunun əldə etdiyi tarixi qələbə və ölkəmizdə bu qələbə ərəfəsində yaranmış milli birlik, həmrəylik nəticəsində partiya olaraq, Yeni Azərbaycan Partiyası ilə birləşmək qərarı verdik”.

 

Bunu Modern.az-a açıqlamasında sədr Qasım Qasımov təmsil etdiyi Demokratik Sahibkarlar Partiyasının YAP-a birləşdirilməsi qərarı ilə bağlı danışarkən bildirib.

 

Q.Qasımov qeyd edib ki, hər zaman hakim partiyanın siyasətini dəstəkləyiblər:

 

“Belə qərara gəldik ki, ölkədəki birliyə daha yaxından dəstək olmaq məqsədilə Azrbaycanın ən aparıcı partiyasına birləşək. Bundan sonra Yeni Azərbacan Partiyasını təmsil edəcəyimizdən qürurluyuq”.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında 6 partiya- Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyasıhakim partiyaya birləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama