Modern.az

Daha bir Şəhidin adı yeni doğulan övladına verildi - FOTOLAR

Daha bir Şəhidin adı yeni doğulan övladına verildi - FOTOLAR

6 Mart 2021, 13:28

İsmayıllı rayonundan olan Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin 3 mart 2021-ci ildə oğul övladı dünyaya gəlib.

 

Modern.az xəbər verir ki, şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib.

 

6 Mart 2021-ci il tarixində doğum evindən evə  yola salınan şəhidimizin ailəsini xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Gənclə və İdman İdarəsinin  və “Yaşat“ Fondunun  əməkdaşları qarşılayıblar.

 

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub.  R. Musayev Vətən müharibəsində xüsusi Təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 3 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “ Fizulinin azad olunmasına” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama