Modern.az

Prezident yeni fərman İMZALADI

Prezident yeni fərman İMZALADI

6 Mart 2021, 13:32

Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərman dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi prosesini təkmilləşdirmək məqsədilə imzalanıb.

 

Sənədə əsasən, “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilib.

 

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama