Modern.az

İcra başçısı Şəhid ailəsini ziyarət etdi - FOTOLAR

İcra başçısı Şəhid ailəsini ziyarət etdi - FOTOLAR

6 Mart 2021, 13:14

Goranboyda Vətən müharibəsi Şəhidinin doğum günündə onun məzarı və ailəsi ziyarət olundu.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, Şəhid ailələri və ictimai fəallar ilə birgə, Vətən müharibəsi Şəhidimiz Buzluq kəndindən olan Nağıyev Vüsal Əmirastan oğlunun doğum günündə onun və digər Şəhidlərimizin Balakürd kənd Şəhidlər Xiyabanında məzarlarını ziyarət etdi, Şəhidlərimizin ruhuna dualar oxunub.

 

Sonra ziyarətçilər Şəhidimizin ailəsini evində ziyarət ediblər, 44 günlük Vətən Müharibəsində keçdiyi şərəfli və rəşadətli döyüş yoluna nəzər salıblar, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun qazandığı böyük Zəfər barədə geniş söhbətlər ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama