Modern.az

Ötən il edilən oğurluqların üstü açıldı

Ötən il edilən oğurluqların üstü açıldı

6 Mart 2021, 14:21

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş 2 oğurluq faktının açılması təmin edilib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3440 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşylarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib.

 

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama