Modern.az

İcra başçısı Şəhid Milli Qəhrəmanın evində Şəhid ailələrilə görüşdü - FOTOLAR

İcra başçısı Şəhid Milli Qəhrəmanın evində Şəhid ailələrilə görüşdü - FOTOLAR

Aktual

6 Mart 2021, 15:44

 

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev  “8 mart Beynəlxalq Qadınlar Günü” ilə bağlı Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Məhəmməd Həsənovun evində Şəhid ailələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə çıxış edən İcra Başçısı, Şəhid anaları və digər natiqlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətli rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı  möhtəşəm qalibiyyətdən danışdılar, bütün Şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edilib. Rayon İcra Hakimiyyəti tərəfindən   Şəhid analarına və xanımlarına, özündə 44 günlük  Şanlı Vətən müharibəsi və onun möhtəşəm Zəfərini, Qarabağımızın azadlığını və Şəhidlərimizin xatirəsini əks etdirən xüsusi tərtibdə hazırlanmış xatirə hədiyyələri təqdim edildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama